Türk futbolçu qol vurdu, Barselona qələbə qazandı- VİDEO

  • 1 Avqust 2021 15:49
  • 97

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Barselona” komandası yoxlama oyunu keçirib.

Corner.az xəbər verir ki, Ronald Kumanın rəhbərlik etdiyi komanda Almaniyanın “Ştutqart” komandası ilə üz-üzə gəlib. Görüş “Barselona”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kataloniya təmsilçisinin heyətində türk futbolçu Yusuf Demir, Memfis Depay və Riki Puç fərqlənib.