Mandzukiç karyerasını başa vurdu

  • 3 Sentyabr 2021 23:52
  • 55

Futbol üzrə Xorvatiya millisinin sabiq hücumçusu Mario Mancukiç karyerasını bitirib.

Corner.az xəbər verir ki, o, 35 yaşında peşəkar karyerasını bitirməyə qərar verib.

Bu barədə Mandzukiç sosial şəbəkə hesabında yazıb. O, karyerası ərzində dəstəyini nümayiş etdirmiş hər kəsə təşəkkürünü bildriib.

Mancukiç son olaraq 2020/21 mövsümündə İtaliyanın “Milan” klubunun formasını geyinib. O, daha öncə Qətərin “Əl-Duhail”, İtaliyanın “Yuventus”, İspaniyanın “Atletiko”, Almaniyanın “Bayern”, “Volfsburq”, Xorvatiyanın “Dinamo” (Zaqreb), “NK Zaqreb” və “Marsoniya” klublarının da uğurları üçün çalışıb. Xorvatiya millisində 89 matça çıxan hücumçu, 33 qol vurub.