Yuventus'un sabiq futbolçusundan Ronaldoya sərt tənqid

  • 13 Sentyabr 2021 17:56
  • 56

“Yuventus”un sabiq futbolçusu Cankarlo Marokki “Mançester Yunayted”ə keçən Kriştiano Ronaldonu tənqid edib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı keçmiş futbolçu, portuqaliyalı hücumçunun “Yuventus”da hücumun mərkəzində oynamaq istəmədiyini deyib:

“Ronaldonun “Mançester Yunayted”in “Nyukasl”la oyununda hücumun mərkəzində oynayırdı. Ancaq Kristiano, “Yuventus”da bu mövqedə oynamaqdan imtina edirdi”.