Dadaşov 90 dəqiqə oynadı, komandası…

  • 14 Sentyabr 2021 10:13
  • 36

Futbol üzrə Portuqaliya çempionatında 5-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Eştoril”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda  məğlubiyyətlə üzləşib – 1:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı hücumçu 75-ci dəqiqədə sarı vərəqə də alıb.

“Tondela” 5 turdan sonra 3 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.