FIFA 2022: Messi Ronaldonu qabaqladı

  • 14 Sentyabr 2021 10:53
  • 63

FIFA 2022 kompüter oyununun ən yüksək reytinqli futbolçusu açıqlanıb.

Corner.az xəbər verir ki, Fransanın PSJ klubunun yeni transferi argentinalı hücumçu Lionel Messi hamını qabaqlayıb. 34 yaşlı futbolçunun simulyatordakı reytinqi 93 olub.

İkinci ən yüksək göstərici (92) "Bavariya"nın hücumçusu Robert Levandovskiyə məxsusdur. İlk "3-lüy"ü "Mançester Yunayted" komandasının yeni transferi Kristiano Ronaldo tamamlayır - 91.