Qurbanlının komandası 7 qola üzüldü

  • 26 Sentyabr 2021 11:17
  • 35

Moldova çempionatında 12-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Şerif”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda darmadağınlı məğlubiyyətlə ayrılıb – 0:7.

Orxan da bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqədə meydana buraxılıb.

Keçirdiyi 12 oyunda 14 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.