Pele Messi'dən üzr istədi

  • 26 Sentyabr 2021 13:15
  • 49

Braziliya millisinin sabiq futbolçusu Pele Argentina yığmasının və PSJ-nin futbolçusu Lionel Messidən şəxsi rekordunu üstələməsi ilə əlaqədar vaxtında təbrik etmədiyinə görə üzr istəyib.

Corner.az xəbər verir ki, bu barədə 80 yaşlı üç qat dünya çempionu özünün "İnstaqram"dakı hesabında paylaşım edib.

"Messi, salam. Gecikdimsə, bağışla. Ancaq mən səni bu ayın əvvəlində üstələdiyin daha bir rekord münasibətilə təbrik etmək imkanını qaçırmaq istəmirdim. Sənin dahi istedadın var. Ümid edirəm, dostlarım Mbappe və Neymarla birlikdə daha çox uğura nail ola biləcəksən", - Pele sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Lionel Messi Argentina yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsinin Boliviyaya qarşı Buenos-Ayresdə keçirilmiş matçında hər 3 qolu vurub - 3:0. O, braziliyalı üçqat dünya çempionu Pelenin Braziliya milli komandasının heyətində vurulan qolların sayı üzrə rekordunu üstələyib. 34 yaşlı hücumçunun aktivində Argentina millisinin heyətində 79, Peledə isə 77 qol var.