Messi'nin 20 min avroya kirayələdiyi yeni evi - FOTO

  • 26 Sentyabr 2021 13:31
  • 82

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi yeni evinə köçüb.

Corner.az xəbər verir ki, 34 yaşlı hücumçunun kirayələdiyi mənzil Parisin ən yaxşı bölgələrindən biri olan – Nöyi-sür-Sendə yerləşir.

Evin 300 kvadratmetrlik sahəsi və 4 yataq otağı var. Messi bu ev üçün ayda 20 min avro kirayə haqqı ödəyəcək.