Samir Nəsri karyerasını başa vurdu

  • 26 Sentyabr 2021 16:39
  • 43

Fransa milli komandasının keçmiş futbolçusu Samir Nəsri karyerasını başa vurub.

Corner.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi özü məlumat verib. Nəsri, ilyarımlıq dopinq cəzasının da qərarına təsir göstərdiyini vurğulayıb.

Nəsrinin son klubu Belçika “Anderlext”i olub.

2016-cı ilin dekabrında qan köçürməsi vaxtı futbolçunun orqanizminə qidalandırıcı mikroelement düşüb. Nəticədə, Nəsri antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub.

Samir Nəsri karyerası ərzində “Marsel”, “Arsenal”, “Mançester Siti”, “Olimpiakos”, “Antalyaspor” kimi klublarda çıxış edib.