Azərbaycanlı futbolçuların komandası evdə uduzdu

  • 26 Sentyabr 2021 20:00
  • 34

Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Lvov”u qəbul edib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Zədədən əziyyət çəkən Rüstəm bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Eldar isə bu oyunda 90 dəqiqə meydanda olub. O, 72-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
9 turdan sonra 6 xalı olan “Minay” 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.