Benfika'nın yeni prezidenti - Rui Koşta!

  • 10 Oktyabr 2021 14:49
  • 25

Portuqaliyanın “Benfika” klubunun yeni prezidenti bəlli olub.

Corner.az klubun saytına istinadən xəbər verir ki, “Benfika”nın yeni prezidenti keçmiş futbolçu Rui Koşta olub. O, seçkidə 84,45 faiz səs toplayaraq, “Benfika”nın 34-cü prezidenti seçilib.

49 yaşlı keçmiş futbolçu klub prezidenti seçildikdən sonra açıqlama verib:

“Bu tarixi seçimin ən böyük qalibi “Benfika” klubudur. “Benfika” üçün tarixi və çox gözəl bir gün keçirdik. “Benfika” bu seçimlərdən çox daha güclü şəkildə çıxır”.

Rui Koşta futbolçu karyerası ərzində Portuqaliya millisinin və “Benfika”, “Fiorentina”, “Milan” kimi klubların uğurları üçün çalışıb