Zidan qızıl top'a namizədini açıqladı

  • 18 Oktyabr 2021 16:41
  • 56

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan “qızıl top” mükafatına namizədini açıqlayıb.

Corner.az xəbər verir ki, Zidan bu barədə “The Athletic” nəşrinə açıqlamasında bildirib. O, “Real”ın futbolçusu Kərim Benzemanın bu mükafata əsas namizədi olduğunu deyib:

“Benzema hazırda çox yaxşı formadadır. Mən olsam, mükafatı ona verərəm. Benzema buna layiqdir. Onunla işləmişəm, meydanda əlindən gələn hər şeyi edir. “Qızıl top”u Benzema qazanmalıdır. O, buna layiqdir”.