Ronaldo ən yaxşı ilk 5-likdə belə deyil!

  • 19 Oktyabr 2021 21:06
  • 41

İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano futbol tarixinin ən yaxşı oyunçularının adlarını açıqlayıb .

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı keçmiş futbolçuya görə, “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilk 5-liyə düşməməlidir:

“Drama bitdi!. Ronaldo tarixin ən yaxşı futbolçusudur? Xeyr, o, heç 5-liyə daxil deyil. Mənə görə, 5-likdə olan futbolçular Lionel Messi, Pele, Dieqo Maradona, Yohan Kroyff və Ronaldo Nazariodu”.