Qəbələ Niderlandda darmadağın oldu

  • 19 Oktyabr 2021 23:07
  • 43

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.

Corner.az xəbər verir ki, təmsilçimiz turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Niderlandda yerli “Alkmaar” komandası ilə cavab matçında qarşılaşıb.

Qarşılaşma Azərbaycan təmsilçisinin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qəbələdəki ilk görüşdə də Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı. Beləliklə, hər iki oyunda böyük hesabla uduzan “Qəbələ” mübarizəni erkən dayandırıb.

UEFA Gənclər Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
19 oktyabr

“Alkmaar” – “Qəbələ” 7:0
Qol: Nik Koster, 4; 36. F.D.Yonq, 17. M.V.Brederode, 43. V.Aken, 60. T.Kerssens, 63. M.Meerdink, 72.
Baş hakim: Dario Bel (Xorvatiya).
Alkmar, “AZ Təlim-Məşq Mərkəzi”.