Mourinho: Mbappe, inanılmaz futbolçudur

  • 20 Mart 2019 09:57
  • 177

Portuqaliyalı mütəxəssis Jose Mourinho, PSG-nin futbolçusu Kylian Mbappe haqqında maraqlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, İngiltərənin “The Mirror” nəşrinə danışan 56 yaşlı baş məşqçi, Mbappenin yaşına görə Cristiano Ronaldo və Lionel Messidən daha yaxşı olduğunu bildirib:“İndiki gücünü nəzərə alsaq, Mbappenin 5-10 il ərzində hansı səviyyədə olacağını danışmağımıza ehtiyac yoxdur. Həqiqətən, inanılmaz futbolçudur. Ronaldo və Messinin yaşlarıyla müqayisə etsək, Mbappe hazırda dünyanın ən dəyərli futbolçusudur. İndi o, başqa kluba transfer olarsa, dünyanın ən bahalı oyunçusu olacaq”.

Qeyd edək ki, fransalı hücumçunun PSG-lə 2022-ci ilə qədər müqaviləsi var.