Nuriyev sabiq komandasına qol vurdu

  • 24 Noyabr 2021 21:14
  • 50

Futbol üzrə Ukrayna Premyer Liqasında 3-cü turdan təxirə salınmış bir oyun baş tutub.

Corner.az xəbər verir ki, günün yeganə matçında azərbaycanlı futbolçuların komandaları qarşılaşıb.

Belə ki, Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” Anatoli Nuriyevli “Kolos”u qəbul edib. Tərəflər  meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Rüstəmlə Eldar bu oyuna start heyətdə başlayıblar. Lakin Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib. Nuriyev isə oyuna ikinci hissənin başlanğıcında 46-cı dəqiqədə daxil olub. Qonaq komandanın bərabərlik qolunu da məhz Nuriyev vurub. Azərbaycan millisinin yarımmüdafiəçisi 90-cı dəqiqədə cərimə zərbəsindən fərqlənərək, sabiq klubunun qələbə qazanmasına mane olub.

Bu heç-heçədən sonra 15 xalı olan “Kolos” 10-cu, 10 xalı olan “Minay” isə 14-cü pillədə qərarlaşıb.