Traktor'a bir qol bəs etdi

  • 25 Noyabr 2021 00:07
  • 41

Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda “Şəhr Xodru”nu qəbul edib. Görüşdə meydan sahibləri minimal hesabla qələbə  qazanıb – 1:0.
 
“Traktor” 6 turdan sonra 7 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.