Futbol matçlarında hissələrarası fasilə müddəti artırıla bilər

  • 25 Noyabr 2021 00:26
  • 53

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qarşıdakı iclasında oyunlarda hissələr arası fasilə müddətinin artırılması məsələsinə baxılacaq.

Corner.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, IFAB üzvləri fasilənin 25 dəqiqə olması variantını nəzərdən keçirirlər. İdeyanı Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) irəli sürülüb. Bununla bağlı müzakirələr sabah başlayacaq.

CONMEBOL futbolu daha parlaq, rəngarəng və cəlbedici idman növünə çevirmək istəyir. Qurum rəhbərliyinin fikrincə, fasilə müddətinin artırılması və hissələr arasında əyləncə proqramının yaradılması futbolu daha baxımlı edəcək.

Qeyd edək ki, 2009-cu ildə fasiləni 20 dəqiqəyə çatdırmağa cəhd edilsə də, bu, uğursuz alınmışdı. FIFA həmin vaxt IFAB-ın qərarını dəstəkləsə də, azarkeşlər dəyişikliyə qəti şəkildə qarşı çıxmışdılar.