Ətrafımda divar tiksəniz də, bilin ki ... - FOTO

  • 25 Noyabr 2021 10:46
  • 98

Polşanın "Legiya" klubunda çıxış edən millimizin futbolçusu Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl paylaşım edib.

Corner.az-ın məlumatına görə, 24 yaşlı hücumçu görüşün oynanılacağı "Kinq Pauer" stadionundan məşq fotolarını paylaşıb.

Son oyunlarda tənqid hədəfinə çevrilən Emreli  "If you plan to build walls around me, know this: I will walk through them" ("Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm") yazıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Lester" - "Legiya" matçı saat 00:00-da start götürəcək.