Kannavaro: Onlar sanki yadplanetlidir

  • 25 Noyabr 2021 12:43
  • 42

İtaliya milli komandasının sabiq futbolçusu Fabio Kannavaro Lionel Messi və Kriştiano Ronaldo haqda danışıb.

Corner.az xəbər verir ki, 48 yaşlı mütəxəssis, yerli mətbuata açıqlamasında hər iki oyunçunu yadplanetli adlandırıb:

“Dieqo Maradona, Pele və Yohan Kroyff demək olar ki, eyni səviyyədə olub. Amma Ronaldo və Messi fərqlidir. Onlar sanki yadplanetlidir”.