Fransalı jurnalist Qalatasaray'ı təhqir etdi - FOTO

  • 25 Noyabr 2021 13:26
  • 82

Fransalı jurnalist Romen Kanuti Türkiyənin "Qalatasaray" klubunu təhqir edib.

Corner.az-ın məlumatına görə, hadisə "Marsel"in UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İstanbul təmsilçisinə qarşı keçirəcəyi oyundan əvvəl baş verib.

Media nümayəndəsi "sarı-qırmızılar"ın simvolu olan aslan heykəlinin üstünə çıxıb və sosial şəbəkə hesablarında "aslanı əhliləşdirdim" deyə paylaşım edib.

Onun bu hərəkəti yerli azarkeşlər  tərəfindən etirazla qarşılanıb.

Qeyd edək ki, bu gün oynanılacaq "Qalatasaray" - "Marsel" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.