2020-ci il üçün Qızıl top mükafatı Levandovskiyə verilir?

  • 1 Dekabr 2021 13:58
  • 74

Fransanın "France Football" nəşri 2020-ci il üçün "Qızıl top" mükafatını Almaniya "Bavariya"nın futbolçusu Robert Levandovskiyə verə bilər.

Corner.az-ın məlumatına görə, nəşrin baş redaktoru Paskal Ferret "Watson"a açıqlamasında PSJ-nin futbolçusu Lionel Messinin təklifini nəzərdən keçirmələrinin mümkünlüyünü vurğulayıb.

O, 34 yaşlı oyunçunun dediklərini gözəl və ağıllı fikir adlandırıb: "Düşünmürəm ki, qərar verməkdə tələsməliyik. Bu barədə düşünə bilərik. Eyni zamanda səsverməyə əsaslanan "Qızıl top"un tarixinə də hörmətlə yanaşmalıyıq. Əmin ola bilmərik ki, Levandovskinin keçən il bu mükafatı qazanacaqdı. Çünki səsvermə yox idi. Amma düzü, ötən il onun qalib gəlmə şansı çox idi".

Qeyd edək ki, 2021-ci ildə Lionel Messi "Qızıl top"a layiq görülüb. Argentinalı futbolçu, mükafatı aldıqdan sonra Robert Levandovskinin 2020-ci il üçün bu mükafatı almalı olduğunu söyləyib.