Mahir Emreli ardıcıl 2-ci dəfə ən zəif futbolçu seçildi

  • 1 Dekabr 2021 15:39
  • 82

"Legiya" klubunda çıxış edən millimizin futbolçusu Mahir Emreli Polşanın noyabrın ən zəif oyunçusu seçilib.

Corner.az xəbər verir ki, 24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, komanda yoldaşı Mattias Yohanssonla ilə birlikdə -4 xala layiq görülüb. O, oktyabrda da ən zəif 2 futbolçudan biri olub.

Varşava təmsilçisinin argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla ayın oyunçusu seçilib.

Qeyd edək ki, "Legiya" noyabrda keçirdiyi 5 oyunun 4-də uduzub. Son ölkə çempionu yalnız Ekstraklasanın XVI turunda "Yagelloniya"ya minimal hesabla qalib gəlib - 1:0.