Florentino Perez: "Mbappe "Real Madrid"ə gələcək"

  • 3 Aprel 2019 00:26
  • 201

Fransanın PSG klubunun futbolçusu Kylian Mbappe karyerasını “Real Madrid”də davam etdirəcək.

Corner.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, belə bir iddia ilə Madrid klubunun prezidenti Florentino Perez çıxış edib.O, bildirib ki, fransalı hücumçu bu il də olmasa, gələn il Real'a gələcək: Mbappenin “Real Madrid”ə gələ biləcəyini düşünürəm.O, bunun üçün yetərincə yetkin biridir.O, “Real Madrid”ə bu il gələ bilməsə, növbəti il bunu mütləq edəcək”.

Qeyd edək ki, Mbappenin PSG ilə 2022-ci ilin iyuluna qədər müqaviləsi var. “