Maradonanın əşyaları hərraca çıxarıldı

  • 20 Dekabr 2021 15:11
  • 91

Əfsanəvi futbolçu Dieqo Maradonaya məxsus əşyalar hərraca çıxarılıb.

Corner.az-ın "Amerikanın səsi"nə istinadən məlumatına görə, bu qərarı mərhum hücumçunun varisləri verib.

Ümumilikdə 90 əşya satışa qoyulub. Hərracın keçirildiyi 3 saat ərzində 26 000 dollar məbləğində əşya satılıb. Ən böyük məbləğ şəkillərdən götürülüb.

Eyni zamanda Maradonanın Buenos-Ayresdəki 900 000 dollarlıq evi və Mar-del-Platada dəniz kurortundakı 65 000 dollarlıq apartamentləri də hərracda olub. Lakin onlar satılmayıb.

Mərhum argentinalı  futbolçunun 225 000 ABŞ dolları qiymətində olan 2017-ci il seriyalı və 165 000 dollarlıq 2016-cı il seriyalı BMW avtomobilləri də yeni sahibini tapmayıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub.