Dadaşov Tondela'nı yarımfinala çıxardı

  • 13 Yanvar 2022 10:19
  • 46

 Portuqaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Rio Ave”nin qonağı olub. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda 1:0 hesabıyla qələbə qazanan “Tondela” yarımfinala vəsiqə qazanıb.
 
Renat da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu əlavə vaxtda – 95-ci dəqiqədə meydana buraxılıb. Dadaşov meydana çıxandan cəmi bir dəqiqə sonra fərqlənərək komandasına qələbə gətirən qolu vurub.