Afrika Millətlər Kuboku: Tunis uduzdu, Fil Dişi Sahilindən qələbə

  • 13 Yanvar 2022 10:22
  • 49

Afrika Millətlər Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib. Corner.az xəbər verir ki, dördüncü oyun günündə daha üç qarşılaşma baş tutub.
 
F qrupunda Tunis Maliyə, Mavritaniya isə Qambiyaya minimal hesabla məğlub olub.
 
E qrupunda da Fil Dişi Sahili yığması Ekvatorial Qvineya üzərində oxşar hesabla qələbə qazanıb.
 
Afrika Millətlər Kuboku
12 yanvar
 
F qrupu
 
Tunis – Mali 0:1
Qol:Kone, 48-pen.
 
Mavritaniya – Qambiya 0:1
Qol: Jallou, 10.
 
E qrupu
 
Ekvatorial Qvineya - Fil Dişi Sahili 0:1
Qol: Qradel, 5.