Rodriges rəqib oyunçunun həyatını xilas etdi - VİDEO

  • 13 Yanvar 2022 10:35
  • 49

Qətər çempionatının 13-cü tur matçında "Əl Rayyan" klubunun futbolçusu Xames Rodriges "Əl Vakra"nın müdafiəçisi Usman Kulibalinin həyatını xilas edib.

Corner.az-ın məlumatına görə, kolumbiyalı yarımmüdafiəçisi ilk yarıda huşunu itirən malili oyunçuya hamıdan tez özünü çatdıraraq kömək edib.

30 yaşlı futbolçu təcili yardım briqadası ilkin yardım göstərib. Rodriges  32 yaşlı futbolçunun nəfəs ala bilməsinə kömək edib. Xəstəxanaya çatdırılan Kulibalinin hazırkı durumu sabit olduğu bildirilir. Onun ürəktutması keçirdiyi açıqlanıb.

Xatırladaq ki, Xames Rodriges "Əl Rayyan"da 2021-ci ilin sentyabrından çıxış edir. O, ötən mövsüm 7 oyunda 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.