Onlar olmasaydı, qol vura bilməzdim - Renat Dadaşov

  • 13 Yanvar 2022 10:39
  • 43

Portuqaliyanın “Tondela” klubunun hücumçusu Renat Dadaşov ölkə kubokunun 1/4 finalında “Rio Ave”yə qarşı keçirdikləri oyunla (1:0) bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, komandasını yarımfinala aparan qələbə qolunu vuran 22 yaşlı azərbaycanlı hücumçu, matçı belə şərh edib:
 
“Əvvəldən, çətin oyun olacağını bilirdik. Öz meydanında yaxşı oynayan komanda ilə qarşılaşdıq. Səbrli olduq və xoşbəxtlikdən topa ilk toxunuşumda qol vurdum. Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar olmasaydı, qol vura bilməzdim. Biz bir komandayıq, ailəyik və birlikdə yarımfinala yüksəldik. Finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.