Traktor yenə xal itirdi

  • 13 Yanvar 2022 21:00
  • 69

Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda “Nassaji Mazandaran”ı qəbul edib. Tərəflər hərəyə 1 qol və 1 xalla meydanı tərk ediblər.
 
“Traktor” 15 turdan sonra 13 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.