Dünyanın ən çox qazanan idmançıları bilindi: Messi liderdir

  • 13 May 2022 00:23
  • 74

Dünyanın gəlir və dəyərlər üzrə hesablamalar aparan ən nüfuzlu şirkəti olan “Forbes” 2022-ci il üzrə dünyada ən çox qazanan idmançıların siyahısını açıqlayıb. Corner.az xəbər verir ki, siyahıya Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi başçılıq edir. 34 yaşlı futbolçunun qazancı 130 milyon dollar təşkil edir.
 
Amerikalı peşəkar basketbolçu Lebron Ceyms 121 milyon dollarlıq qazancı ilə ikinci sırada qərarlaşıb. Portuqaliya yığmasının və İngiltərənin “Mançester Yunayted”inhücumçusu Kriştiano Ronaldo isə üçüncü sırada yer alıb – 115 milyon dollar.
 
Siyahının ilk 10 pilləsində bu idmançılar yer alıblar:
 
1. Lionel Messi – 130 milyon dollar


2. Lebron Ceyms – 121 milyon dollar


3. Kriştiano Ronaldo – 115 milyon dollar


4. Neymar – 95 milyon dollar


5. Stefen Karri – 92.8 milyon dollar


6. Kevin Durant – 92 milyon dollar


7. Rocer Federer – 90,7 milyon dollar


8. Kanelo Alvares – 90 milyon dollar