İstefa ver, oğurlanmış avtomobilini qaytaraq

  • 13 May 2022 10:55
  • 54

İtaliyanın "Napoli" klubunun baş məşqçisi Luçano Spalettiyə maraqlı təklif olunub.

Corner.azın "Sport Mediaset"ə istinadən məlumatına görə, 62 yaşlı mütəxəssisə istefa verdiyi təqdirdə oğurlanmış avtomobilinin qaytarılacağı söz verilib.

Spalettinin "Fiat Panda" markalı maşını 2021-ci ilin oktyabrında Neapolda yaşadığı otelin parklama sahəsindən oğurlanıb. İndi oğrular "Napoli"yə məxsus stadion önünə "16-10-21. Spaletti, getsən, maşınını qaytaracağıq" yazılmış banner yerləşdiriblər.

Daha əvvəl klub prezidenti Aurelio De Laurentis gələn mövsüm də hazırkı baş məşqçi ilə davam edəcəklərini açıqlayıb.

Qeyd edək ki, "Napoli" mövsümün sonuna 2 tur qalmış A Seriyasında 3-cü yerdə gedir. Neapol komandası çempionluq mübarizəsindən çəkilsə də, Çempionlar Liqasına vəsiqəni təmin edib.