Dünyanın ən bahalı futbol klubları açıqlandı

  • 19 May 2022 10:54
  • 98

"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısını tərtib edib.

Corner.az-ın məlumatına görə, siyahıya İspaniyanın "Barselona" klubu liderlik edir.

Ölkənin digər klubu "Real Madrid" ikinci, Almaniya "Bavariya"sı üçüncü sırada pillədə yer alıb. İngiltərə "Mançester Siti"si və Fransa PSJ-si ilk "5-liy"ə daxil olmayıb. "10-luq"dakı klubların 6-sı İngiltərə təmsilçisidir.

Dünyanın ən bahalı klubları

1. "Barselona" (İspaniya) - 4,76 milyard avro

2. "Real Madrid" (İspaniya) - 4,75 milyard avro

3. "Bavariya" (Almaniya) - 4,21 milyard avro

4. "Mançester Yunayted" (İngiltərə) - 4,2 milyard avro

5. "Liverpul" (İngiltərə) - 4,1 milyard avro

6. "Mançester Siti" - 4 milyard avro

7. "Çelsi" - 3,2 milyard avro

8. "Arsenal" - 2,8 milyard avro

9. PSJ - 2,5 milyard avro

10. "Tottenhem" - 2,3 milyard avro