Messi məni öldürmək istəyirdi

  • 19 İyun 2022 15:08
  • 77

PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes 2021-ci ildə Lionel Messinin “Barselona”da oynadığı Çempionlar Liqası matçı zamanı onunla arasında yaşanan insidentdən danışıb. 

Corner.az “Goal.com”a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, hazırda komanda yoldaşı olan həmyerlisinin həmin vaxt çox əsəbiləşdiyini deyib:
 
“Messi əsəbiləşdi, çünki komanda yoldaşlarıma oyunla bağlı fikirimi dedim və o, məni eşitdi. Çox əsəbiləşdi və mənim üstümə hücum etdi. Dəhşətli idi. O, məni öldürmək istəyirdi. Mən də sadəcə evə getmək istəyirdim.


Həmin hadisədən sonra millidə görüşdük, özü heç nə olmamış kimi davranırdı. O, necə bir insan olduğunu göstərdi. Münasibətlərimiz hazırda ən yaxşı şəkildə davam edirdi. İndi söhbət düşəndə o hadisəni xatırlayıb gülürük”.
 
Bildirək ki, Messi hazırda Fransanın PSJ klubunda forma geyinir.