Ukrayna klubları avrokuboklarda ev oyunlarını bu ölkədə keçirəcək

  • 21 İyun 2022 10:30
  • 46

Ukraynanın futbol klublarının yeni mövsümdə avrokubok oyunlarını keçirəcəkləri ölkə məlum olub. Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna klubları rəqiblərini Polşada qəbul edəcək.
 
Ukraynanın Çempionlar Liqasındakı təmsilçiləri – Donetsk “Şaxtyor”u ev oyunlarını paytaxt Varşavada, Kiyev “Dinamo”su isə Vrotslav şəhərində keçirəcək.
 
UEFA Konfrans Liqasında mübarizə aparacaq “Zarya” və “Vorskla” Lodz şəhərini seçiblər. Avropa Liqasına vəsiqə qazanan “Dnepr-1” komandası isə hələlik seçim etməyib.
 
Ukraynanın milli komandaları və klubları ölkədəki müharibə səbəbindən beynəlxalq arenadakı ev oyunlarını neytral meydanda keçirirlər.