Həbsə girməmək üçün 3.8 milyon avro ödəyəcək

  • 21 İyun 2022 10:53
  • 31

Futbol üzrə Kamerun millisinin sabiq hücumçusu, hazırda bu ölkənin futbol federasiyasının prezidenti olan Samuel Eto'o, vaxtilə İspaniyada vergidən yayındığına görə məhkəməyə verilib. Corner.az xəbər verir ki, 41 yaşlı keçmiş futbolçu, “Barselona”da forma geyindiyi dönəmdə (2004-2009) bir neçə ay vergidən yayındığını etiraf edib.
 
Bu səbəbdən də Barselona məhkəməsi futbolçuya 22 ay həbs və 1.8 milyon avroluq cəza kəsib. Amma  Eto'o həbsə girməmək üçün İspaniyada 3.8 milyon avro ödəyəcək.
 
O, vergidən yayındığını etiraf etsə də, özünü günahkar hesab etmədiyini bildirib: “Ödənişi edəcəm, amma həmin vaxt sadəcə atamın dediklərini edirdim”.