Mahir Emreli Dinamo'nun məşqlərinə qoşuldu

  • 22 İyun 2022 17:30
  • 39

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına qoşulub.

Corner.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu təlim-məşq toplanışının əsas mərhələsi üçün bu gün komanda ilə birlikdə Sloveniyaya yollanıb.

Son ölkə çempionu hazırlıq çərçivəsində 2 yoxlama matçı keçirəcək. Rəqiblər Şimali Makedoniyanın "Şkendiya" klubu və yerli Trnava "Spartak"ıdır. Qarşılaşmalar müvafiq olaraq, iyunun 26-da və iyulun 1-də baş tutacaq.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı oyunlarında iştirak etdiyi üçün "Dinamo"nun toplanışına gec qatılıb.