Krivotsyuk'lu Visla'dan ilk sınaq matçında heç-heçə

  • 22 İyun 2022 23:39
  • 32

Polşanın “Visla” (Plotsk) komandası Qnevinodakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi bu komanda Polşanın aşağı liqa təmsilçisi “Xoyniçanka” ilə qarşılaşıb.
 
Tərəflərin hərəyə bir dəfə fərqləndiyi bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana buraxılıb.