Məni hər yerdə Şamaxı'nın oyunçusu hesab edirlər

  • 7 İyul 2022 14:21
  • 61

"Rəhbər dəyişikliyinə görə komandada qalmayacağam. Mənimlə əlaqə saxlayan olmayıb".

Corner.az xəbər verir ki, bunu "Şamaxı" futbol klubunun qapıçısı Stanislav Namaşko deyib.

Ötən mövsümün sonunda bölgə təmsilçisi ilə 1 illik yeni müqavilə bağlayan moldovalı qolkiper hazırda vətənində olduğunu bildirib: "Yeni sözləşməyə imza atsam da, bu, rəsmən qeydə alınmayıb. Klub müqavilənin uzadılmasını elan etdiyi üçün hər yerdə məni "Şamaxı"nın oyunçusu hesab edirlər".

O, qəribə və xoş olmayan vəziyyətlə üzləşdiyini söyləyib: "Klub susur, heç bir rəsmi açıqlama vermir. Həm də mənə zəng edən yoxdur. Bu vəziyyətə görə yeni klub axtarmaq baxımından vaxt itirdim".

36 yaşlı qapıçı məsələ ilə bağlı hələlik rəsmi qurumlara müraciət etmək fikrində olmadığını vurğulayıb: "Amma vəziyyət ürəkaçan deyil. Arzuolunmaz duruma düşdüm".

"Şamaxı"ının ona borcu olmadığını deyən Namaşko karyerası ilə bağlı məsələyə də toxunub: "Hələ oynamaq istəyirəm. Ona görə də yeni komanda axtarıram".

Qeyd edək ki, Moldova millisinin də üzvü olan Stanislav Namaşko 2019-cu ildən "Şamaxı"da çıxış edirdi. O, 2020/2021 mövsümündə bu komanda ilə Azərbaycan Kubokunun qalibi olub.(report)