Rusiya millisinin yoldaşlıq oyunu baş tutmaya bilər

  • 21 Sentyabr 2022 18:01
  • 40

Qırğızıstanın futbol üzrə milli komandası Bişkekdə təlim-məşq toplanışı keçirəcək. Corner.az xəbər verir ki, təlim-məşq toplanışı 27 sentyabra qədər nəzərdə tutulub.
 
Qırğızların Rusiya yığması ilə yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Lakin bu oyunun keçirilməsi sual altına düşüb.
 
“Sport.akipress.org” portalının yaydığı məlumata görə, Qırğızıstan Futbol İttifaqı matçın olub-olmayacağına hələlik qərar verə bilmir. Buna səbəb Qırğızıstanla Tacikistan sərhəddində yaranan qarşıdurmadır. Bir neçə gündür ki, iki ölkənin sərhəddində döyüşlər gedir.
 
Rusiya və Qırğızıstan millilərinin yoldaşlıq matçı sentyabrın 24-nə nəzərdə tutulub.