40 yaşıma qədər oynamaq istəyirəm

  • 23 Sentyabr 2022 22:02
  • 57

Braziliyalı yarımmüdafiəçi Villian karyerasını nə vaxt bitirməyi planlaşdırdığını açıqlayıb. Corner.az xəbər verir ki, təcrübəli futbolçu 40 yaşına qədər oynamaq istədiyini deyib:
 
“Nə vaxta qədər oynayacam? Bilmirəm, hardasa 40 yaşıma qədər. Baxmayaraq ki, 40 yaşında Premyer Liqada oynamaq çətindir. Ancaq Tyaqo Silvaya baxın, 38 yaşında əla oynayır. O məni ruhlandırır”.
 
34 yaşlı olan futbolçu hazırda “Fulhem”in uğurları üçün çalışır. Onun klubla müqaviləsi 2023-cü ilin ortalarına qədərdir.