Barəsində araşdırma başladıldı, millidən qovuldu

  • 24 Sentyabr 2022 15:13
  • 88

Şimali İrlandiya millisinin futbolçusu Kayl Lafferti UEFA Millətlər Liqasının Kosova və Yunanıstanla görüşlərini buraxacaq. 

Corner.az xəbər verir ki, buna 35 yaşlı hücumçu haqqında araşdırmalara başlanılması səbəb olub. Lafferti yığma komandadan da kənarlaşdırılıb.

Bu barədə qərarı yerli futbol federasiyası verib. Federasiyanın “Kilmarnok”un araşdırmalara başlamasından sonra bu addımı atdığı diqqətə çatdırılıb. Klub rəhbərliyi fanatlardan birinin Lafferti ilə sektant xarakterli danışığını araşdırırır.