Depressiya sözünü sevmirəm, amma bunu yaşadım

  • 26 Sentyabr 2022 09:38
  • 70

“Bavariya”nın və Fransa millisinin futbolçusu Benjamin Pavar koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi zamanı düşdüyü depressiya ilə mübarizə aparmağından danışıb.

Corner.az “Le Parisien”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, karantin rejimində depressiyaya düşdüyünü etiraf edib:

Hər kəs kimi mən də insanam və idman zalı olan gözəl bir evim olsa belə, mən başqa insanlarla əlaqə saxlamalıyam. Çox az adam bilir ki, nələr çəkmişəm. Səhərlər oyanırdım, iştahım yox idi. Məşqlərə istəksiz gedirdim.Özümə baxmağa, yemək bişirməyə, seriallara baxmağa çalışırdım. Depressiya sözünü sevmirəm, amma bunu yaşadımÖzümü maskaladım, bunu hamıdan gizlətdim, amma bu gün özümü daha yaxşı hiss edirəm. Mən bütün bunlardan daha yaxşı adam kimi çıxmağı bacardım və bu, məni dəyişdi” .