Mustafayev darmadağını kənardan izlədi

  • 18 Noyabr 2022 23:51
  • 36

Futbol üzrə Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Zarya”nın qonağı olub. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətə üzülüb - 1:4.
 
Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.
 
“Aleksandriya” 14 turdan sonra 23 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.