Tanrının mənim üçün başqa planları var

  • 19 Noyabr 2022 21:59
  • 48

"Yuventus” və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba dini inancının həyatındakı rolu barədə fikirlərini bölüşüb.

Corner.az “calciomercato.com”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu karyerası ilə bağlı məsələlərdə dini önəmli hesab etdiyini bildirib:

“Karyeramla bağlı vacib qərarlar verməzdən öncə dua edirəm. Özümlə harmoniyada olmağa mənə kömək edir”.

Fransalı oyunçunun DÇ-2022-də zədə səbəbindən iştirak edə bilməməsini belə şərh edib:

“Tanrının mənim üçün başqa planları var idi”.

Bildirək ki, Poqba bu yay “Mançester Yunayted”dən azad agent kimi Turin təmsilçisinə eçib.