Krivotsyuklu Visla darmadağına üzüldü

  • 23 Noyabr 2022 13:18
  • 33

Polşanın “Visla” komandası yoxlama oyununda qüvvəsini sınayıb. Corner.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Plotsk təmsilçisi Slovakiyanın “Jilina” kollektivi ilə qarşılaşıb.
 
Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi Polşa təmsilçisi bu oyunda darmadağına üzülüb – 0:4.
 
Anton bu görüşə start heyətdə başlayıb. O, 73-cü dəqiqədə, hesab 0:3 olarkən əvəzlənib.