FİFA prezidentini futbol üçün fəlakət hesab edirəm

  • 24 Noyabr 2022 11:10
  • 48

“Bavariya”nın fəxri prezidenti Uli Hönnes Almaniya Futbol Assosiasiyasını Qətərdə keçirilən dünya çempionatında LGBT sarğılarına qoyulan qadağaya sərt yanaşmadığına görə tənqid edib.

Corner.az xəbər verir ki, 70 yaşlı funksioner assosiasiya rəhbərliyinin FİFA-nın qərarına qarşı çıxmaq üçün cəsarətlərinin olmadığını bildirib: “Əvvəlcə assosiasiya rəsmiləri sarğı ilə bağlı məsələdə prinsipial olacağına söz verdilər, amma sonda ciddi tədbir görmədilər. Onların FİFA-nın qərarına qarşı çıxmaq üçün cəsarətləri çatmadı. Yeri gəlmişkən, Canni İnfantinonu bütün futbol üçün fəlakət hesab edirəm”.
 
FİFA İngiltərə millisinin kapitanı Harri Keynə LGBT sarğı taxmağı qadağan edib.
 
Bundan əvvəl məlum olmuşdu ki, Danimarka Futbol Federasiyası hazırkı dünya çempionatında “One Love” kapitan sarğılarının taxılmasına qoyulan qadağaya görə FİFA-dan çıxmağa hazırdır.