Tanınmış futbolçunun sevgilisi podiuma çıxır

- 26 Noyabr 2022 12:49
- 115
“Beşiktaş”ın futbolçusu Dele Allinin sevgilisi Sindi Kimberli podiuma çıxacaq. Corner.az Türkiyə mediasına istinadən xəbər verir ki, 24 yaşlı model dekabrın 16-da Antalyadakı “Nest Convention Center”də keçiriləcək moda nümayişində baş model kimi çıxış edəcək.
1998-ci ildə Niderlandda anadan olan ispan əsilli model son zamanlar moda və idman jurnallarının üz qabığına çıxır. O, dünyaca məşhur moda nümayişlərinin axtarılan modelləri sırasındadır.
Sosial media hesablarında 7 milyon izləyicisi olan məşhur model Türkiyədə “Beşiktaş”ın dünyaca məşhur futbolçusu Dele Allinin sevgilisi kimi tanınır.