Azərbaycanlı hakim İnter'in oyununa təyinat aldı

  • 23 Yanvar 2023 18:41
  • 66

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb. Corner.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Rux” (Lvov, Polşa) - “İnter” (İtaliya) oyununu idarə edəcək.
 
Məsiyevə yan xətt hakimləri Rəhman İmami və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə polşalı Yatsek Malişek yerinə yetirəcək.
 
Fevralın 8-də Polşada keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.