Eyni insanlar komandada problem axtarmağa çalışırlar

  • 23 Yanvar 2023 18:45
  • 45

“Onunla şəxsən görüşüb vidalaşa bilməsəm də, millidən getdiyini eşidən kimi mesaj yazdım. Məyus idim”. Corner.az xəbər verir ki, bunu Fransa yığmasının hücumçusu Olivye Jiru deyib.
 
Qətərdə keçirilmiş dünya çempionatı ərəfəsində Kərim Benzemanın millidən ayrılması barədə danışan Jiru Madrid “Real”ının futbolçusu ilə aralarında münaqişə olması barədə yayılan xəbərləri təkzib edib. Onun sözlərinə görə, Benzemanın gedişinə sevinməyib: “Bəli, oyun baxımından mənim üçün yaxşı oldu, amma heç vaxt onun gedişindən sevinc duyduğumu deməmişəm. Eyni insanlar komandada problem axtarmağa çalışırlar, baxmayaraq ki, heç bir problem yoxdur”.
 
Xatırladaq ki, Benzema Qətərdəki dünya çempionatı başlamazdan əvvəl Fransa millisini tərk edib. Rəsmi səbəb futbolçunun zədəsi idi, lakin hücumçu bundan bir həftə sonra “Real”la məşqlərə başlamışdı.  Mətbuatda Benzema ilə Fransa millisinin bəzi futbolçuları arasında münaqişənin olması ilə bağlı xəbərlər yayılıb.